news Image
2014.06.06
18:10
| A A A
Sərhəddə əməliyyat bitdi
DİN sərhəddəki əməliyyatlarla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Azərbaycan-Rusiya sərhədində aparılan əməliyyatlarla bağlı məlumat yayıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, 2014-cü il mayın 19-dan 25-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.


Əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.


Respublikanın Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 29 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 15 nəfər saxlanılıb, 9 nəfər itkin düşmüş şəxsin yeri müəyyənləşdirilib.


Qanunsuz saxlanılan 7 avtomat silah, 14 tapança, 9 mərmi, 45 ədəd yivli və lüləsi kəsilmiş ov tüfəngi, 21 qumbara, 8 minə yaxın müxtəlif çaplı patron götürülüb.


Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt aşkar olunub, külli miqdarda yabanı halda bitmiş narkotik tərkibli bitki məhv edilib.


Tədbirlər zamanı 679 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.

Analoji əməliyyatların cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından gələcəkdə də keçirilməsi planlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs