Əlaqə Arxiv
news Image
2014.06.06
19:17
| A A A
Ermənilər təlimə başladı
Mərmi partlayışları Ağdamın Çəmənli kəndindən aydın eşidilir Ermənistan silahlı qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlayıb. 

ANS PRESS-in məlumatına görə, rayonun təmas xəttinə yaxın kəndlərinin sakinləri deyir ki, saat 17:50-dən atəş səsləri eşidilməyə başlayıb.

Sakinlər ağır texnikanın və tankların Ağdamın Uzundərə adlanan ərazisi istiqamətində hərəkətini müşahidə edib. 

Qarşı tərəf əsasən iri çaplı silahlardan, top və tanklardan istifadə edir. 

Mərmi partlayışları Ağdamın Azərbaycanın nəzarətində olan Çəmənli kəndindən aydın eşidilir.
Sizin Reklam Yeriniz