Əlaqə Arxiv
news Image
2014.06.07
11:15
| A A A
Yeni prezident and içəcək
Ukraynada bu gün ölkənin yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimi keçiriləcək. Movqe.az Anspress-ə istinadən xəbər verir ki , mərasimdən sonra Poroşenko rəsmi olaraq dövlət başçısı vəzifəsini icra etməyə başlayacaq. Prezidentin inaqurasiyası ilə əlaqədar paytaxt Kiyevdə hazırlıq işləri görülüb. Kiyev qarşıdurmaları zamanı xarabalığa dönən Maydan meydanında abadlıq işləri aparılıb. Yerlərə yeni müxtəlif formalı daşlar düzülüb, hasarlar rənglənib və güllər əkilib.

Ölkə parlamentində isə, yeni prezidentin quracağı hökumət və idarəetmə forması müzakirəyə çıxarılıb.

"Poroşenko partiyamızın böyük dəstəyinə malikdir. İstənilən halda o, bizim partiyamızın qurucularındandır. Düşünürəm ki, Poroşenko ölkənin şərqi ilə qərbini barışdırmağı bacaracaq" - deyə Regionlar partiyasının millər vəkili Anna German qeyd edib.

Prezidentin inaqursaiya mərasiminə, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden və Avropa Şurasının prezidenti Herman Van Rompöyün də qatılacağı gözlənilir.

Bu arada, Kiyevdə isə, yeni mer Vitali Kliçkonun vəzifəsi artıq rəsmiləşib. UDAR partiyasının lideri elə ilk gündən şəhərdə abadlıq işlərinə start verəcəyini bildirib.
Sizin Reklam Yeriniz