news Image
2014.06.07
10:37
| A A A
Bu yol Bakıda sürücüləri rahatladacaq
Bakının mərkəzində Nobel prospektinə paralel çəkilən yeni 8 zolaqlı yolda tikinti işlərinin 80 faizi başa çatıb. 

Movqe.az xəbər verir ki , Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nın mətbuat xidmətindən verilən məlumata görə, Nobel prospektinə paralel olaraq, dənizin kənarı ilə yeni tikilən yolun layihələndirilməsinə 2013-cü ildən başlanılıb. Ötən ilin may ayından yolun keçəcəyi ərazilərdə söküntü işlərinə başlanılıb.

Hazırda ərazidə söküntü, eləcə də torpaq və kommunikasiya işləri davam etdirilir. Layihəyə əsasən 1,75 kilometr dənizə paralel yol çəkiləcək, həmin hissənin sonunda isə bir dairəvi qovşaq olacaqdır. Həmin istiqamət birbaşa Nobel prospektinə çıxacaqdır.

Beləliklə də həmin istiqamətdə Neftçilər və Nobel prospektlərinin yükü azaldılacaqdır.

Ümumi uzunluğu 2,26 kilometr, eni isə 45 metr olan yeni yol 8 hərəkət zolağından ibarət olacaqdır. Mütəxəssislər hesab edirlər ki, yeni yol tam istifadəyə verildikdən sonra Neftçilər prospektinin avtomobil yükü tamamilə azaldılacaqdır.

Eyni zamanda, yol boyunca hər tərəfdə səki ilə yanaşı, hərəkət hissəsini ayıran ayrıca zolaq da nəzərdə tutulub. Yolboyu iki dairəvi qovşaq, üç piyada keçidi tikiləcəkdir. Onlardan biri üç, digərləri isə iki giriş-çıxışlı olacaqdır.

Piyada keçidinin birində işlərin böyük hissəsi, digər ikisində isə 60 faizi icra edilib. Ümumilikdə isə yolboyu torpaq işlərinin 80 faizi yerinə yetirilib.

Bundan əlavə, yeni salınacaq 8 hərəkət zolağından 1 hərəkət zolağı avtomobillərin park edilməsi üçün yeni tikiləcək avtoparka giriş çıxış üçün nəzərdə tutulur.

Aparılan tikinti işlərində diqqəti cəlb edən əsas məqamlardan biri də yeni yolun alt hissəsində avtoparkın salınmasıdır. Bu yeraltı parkinqdə gün ərzində 200-dən artıq avtomobil saxlanılması mümkün olacaqdır. Gələcəkdə isə yoldan tunel vasitəsilə "Ağ şəhər" istiqamətində də daha bir yolun salınması nəzərdə tutulur.
Yeni yolun tikintisinə paralel olaraq Dənizkənarı Bulvar İdarəsi ərazisində də tikinti işləri aparılır. Burada müxtəlif iaşə obyektləri və insanların istirahəti üçün əyləncə mərkəzləri salınacaqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs