Əlaqə Arxiv
news Image
2014.06.07
12:00
| A A A
ABŞ kəşfiyyatını izləmək asanlaşdı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) "twitter" hesabı açıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) rəsmi olaraq "Twitter" mikro-bloqunda səhifəsini təqdim edib. 

Dünyanın ən nüfuzlu kəşfiyyat təşkilatı olaraq göstərilən Mərkəzi Kəşfiyyat İdarəsinin hesabı bir neçə saat içərisində 40 000-dən çox izləyiciyə sahib olub. İdarənin "CIA" loqinli hesabı ABŞ-a məxsus 25 rəsmi hesabı izləyib. Maraqlısı odur ki, onların içərisində Barak Obamanın səhifəsi yoxdur.

Bundan başqa hesabdan yazılan ilk tvit 40 dəqiqədə 43 000 dəfə "retweet" edilib, 15 000 dəfə isə istifadəçi favoritlərinə əlavə edilib. 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın digər bir kəşfiyyat idarəsi olan ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) da "Twitter"də hesab açmışdı.
Sizin Reklam Yeriniz