news Image
2014.06.07
11:05
| A A A
Azərbaycan şairləri xalçada
Gəncədəki "Buta" xalçaçılıq mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvi və görkəmli poeziya ustası Məhsəti Gəncəvinin portretləri olan kompozisiya yaradılır.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki , sex rəisi Faiq Osmanovun verdiyi məlumata görə, belə əsərin yaradılması çox çətindir. Xalçanın toxunuşunda 200-dən çox rəng çalarından, təbii boya və qarışıq saplardan istifadə olunur.

F.Osmanov diqqətə çatdırıb ki, əsasən yerli və İrandan gətirilmiş xammaldan istifadə edilməklə toxunan xalçada 50 kiloqramdan artıq iplik istifadə edilir. 

Süjet baxımından kompozisiyanın daha aydın olması üçün qırxım digər xalçalara nisbətən daha nazik - 4-5 millimetrdir.

Əsasən ipək və yun saplardan hazırlanan xalçanın toxunuşu yaxın vaxtlarda başa çatdırılacaqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs