Əlaqə Arxiv
news Image
2014.06.07
13:18
| A A A
Türklər Hun dövlətinə tətilə gedir (VİDEO)
Türkiyədəki özəl tele kanallardan biri qeyri-adi küçə sorğusuna imza atıb.Movqe.az  ANS PRESS-ə istinadən xəbər verir ki, sorğunu tanınmış jurnalist Abbas Güclünün müəllifi olduğu "Genc Bakış" proqramı həyata keçirib. 

Küçədə insanlara yaxınlaşaraq Hun dövləti ilə vizaların ləğv olunduğunu deyən aparıcı onlardan bu ölkəyə tətilə getmək istəyib-istəmədiklərini soruşur. 

Respondentlərin əksəriyyəti bunu müsbət hal kimi qarşıladıqlarını və məmnuniyyətlə dincəlmək üçün Hun dövlətinə gecə biləcəklərini deyiblər. 

Bununla yanaşı belə bir dövlətin adını ilk dəfə eşitdiklərini və ya bir Şərq ölkəsində tətilin yaxşı keçəcəyinə o qədər də inanmadığını deyənlər də oldu. 

Sadəcə bir qadın Hun dövlətinin tarixə qarışdığını, hazırda belə bir dövlət olmadığını deyib. 



Sizin Reklam Yeriniz