Əlaqə Arxiv
news Image
2014.06.07
18:07
| A A A
Obamanın saqqız çeynəməyi fransızları əsəbləşdirdi (VİDEO)
ABŞ prezidenti Barak Obamanın Normandiyada saqqız çeynəməsi fransızların xoşuna gəlməyib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, fransızlar ABŞ prezidentinin II dünya müharibəsində Fransanın Normandiya əyalətinə desant çıxarmasının 70 illiyi ilə bağlı təşkil edilmiş mərasimdə saqqız çeynəməsini tənqid atəşinə tutublar.

B.Obamanın bu hərəkəti sosial şəbəkərlərdə müzakirə edilib. Fransızlar bir mənalı olaraq ABŞ prezidentinin mərəasimdə saqqız çeynəməyinə qarşı çıxıb.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın 2013-cü ilin dekabrında Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandelanın dəfn mərasimində saqqız çeynəməsi də tənqid edilmişdi.

Bəzi məlumatlara görə, siqareti yeni tərgidən Barak Obama nikotinli saqqızlara üstünlük verir.


Sizin Reklam Yeriniz