news Image
2014.06.07
19:12
| A A A
Poroşenko Putinə səsləndi
"Rusiya ilə münasibətlər düzəlməyincə sülh haqqında danışmaq olmaz". 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Ukraynanın yeni prezidenti Pyotr Poroşenko and içmə mərasimində çıxışı zamanı deyib.

Yeni prezident bildirib ki, Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz: "Ukrayna unitar ölkədir və belə də qalacaq. Ölkədə heç bir federalizasiya baş verməyəcək. Biz Donbass vilayətində növbədənkənar seçkilərin keçirilməsinə razıyıq, lakin Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz".

Qeyd edək ki, P.Poroşenko çıxışdan əvvəl Ukraynanın cənub şərq vilayətlərində silahlı toqquşmlara zamanı və "Maydan" hadisələrində həlak olanların xatirəsini bir dəqiqələlik sükutla yad edib

Xatırladaq ki, bir neçə gün əvvəl P.Poroşenko Ukraynanın cənub şərq vilayətlərində qarşıdurmalar zamanı ağır cinayət törətməyənlərin əfv olunacağına söz verib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs