news Image
2014.06.07
20:00
| A A A
Sərxoş kişi mahnı üstündə toyda qan tökdü
Ötən gün Balakən rayonunda keçirilən toy məclisi iki nəfərin bıçaqlanması ilə başa çatıb.Movqe.az  ANS PRESS-ə istinadən xəbər verir ki, insident Qazma kəndində Rafiq adlı şəxsin oğlunun toy məclisində qeydə alınıb.

Belə ki, toyda bir neçə nəfər musiqi çaldırmaq və oynamaq üstündə mübahisə ediblər. Dalaşanlar 1978-ci il təvəllüdlü Bayram Muxtar oğlu Vəliyev, 1962-ci il təvəllüdlü Həsən Vahid oğlu Mirəliyev və daha bir neçə şəxsin arasında yaranıb.

İçkili vəziyyətdə olan Həsən Mirəliyev evinə gedib və bıçaq götürərək toy məclisinə geri qayıdıb. O, mübahisə etdiyi Bayram Vəliyevə bıçaqla bir neçıə zərbə vurub.

Bundan sonra H.Mirəliyev B.Vəliyevin bacanağının anası, 1953-cü il təvəllüdlü Mahizər Abduləziz qızı Quliyevanın qarın boşluğundan daxilə nüfuz edən bıçaq zərbəsi vurub. Yaralılar ağır vəziyyətdə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Toyda qan tökən Həsən Mirəliyev hadisə yerində qaçıb. Lakin Balakən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Həsən Mirəliyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Həsən Mirəliyev ömrünün 33 ilini məhkumluq həyatı yaşayıb və 6 ay əvvəl həbsdən çıxıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs