Bakıda yeni tunel açıldı (FOTO)
Bu gün səhər saatlarından etibarən Ziya Bünyadov
prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab
Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol
qovşağı kompleksinə daxil olan tunel tipli yol ötürücüsü bu gün
səhər saatlarından sürücülərin istifadəsinə
verilib.
Movqe.az xəbər verir ki , "Azəryolservis" ASC-dən verilən məlumata görə, yan yolun asfaltlanması ilə əlaqədar tunel tipli yol ötürücüsü müvəqqəti açılıb.
P.Mürsəliyev qeyd edib ki, uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı tunel tipli yol ötürücüsü Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edir.
Qeyd edək ki, Xutor dairəsindəki yol qovşağı kompleksində son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır.
Kompleksə 3 tünel və yol ötürücüsü daxildir.