Bodrum sammitinə qatılmayan prezidentdən xəbər var
Bir neçə gün öncə Türkiyənin Bodrum şəhərində
keçirilən sammitdə iştirak etməyən Özbəkistan prezidenti İslam
Kərimov "Özbəkistanda ərzaq proqramının həyata keçirilməsinin mühüm
tərəfləri" mövzusunda Daşkənddə keçirilən Beynəlxalq konfransda
iştirak etmək üçün bu ölkəyə gələn BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da
Silva ilə görüşüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İslam Kərimov qonağı salamlayaraq deyib ki, Özbəkistan 2001-ci ildən FAO-nun üzvüdür və bu illər ərzində ölkədə 8 milli və regional layihə həyata keçirilib, hazırda isə 5 belə layihə öz həllini gözləyir.
Görüşdə qeyd edilib ki, FAO ərzaq məhsulları o cümlədən kənd təsərrüfatı ehtiyatları üzrə dünya və regional balansın formalaşması, yeni seleksiyanın tətbiqi, müasir kənd təsərrüfatı texnika və avadanlıqlarla təchiz olunması, sağlam və yararlı qidalanma problemlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində mühüm rol oynayır.
Diqqətə çatdırılıb ki, Özbəkistanda FAO-nun yardımı ilə su təchizatı və su ehtiyatlarının idarə edilməsi ilə bağlı müasir texnologiyalar tətbiq olunur, mütəxəssislər hazırlanır.
Joze Qratsiano da Silva əmin olduğunu bildirib ki, Daşkənddə keçirilən forum bəşəriyyətin başlıca problemi olan ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatının inkişafı istiqamətində mühüm platforma olacaq.