Əlaqə Arxiv
news Image
2014.06.08
12:18
| A A A
Bir nəfər liftdən xilas edildi
Bakıda bir nəfər liftdən xilas edilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda on yeddi mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 16-cı mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
Sizin Reklam Yeriniz