news Image
2014.06.08
12:00
| A A A
“İstanbul uçur”
İstanbul valisi Hüseyn Avni "Twitter" hesabında maraqlı tvit paylaşıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İstanbulda bütün standartlara cavab verən və dünyanın ən böyük hava limanının təməli qoyulub. Bu barədə İstanbul valisi Hüseyn Avni Mutlu "Twitter" hesabında yazdığı tvitdə bildirib.

"Uçuuuur, uçuuur İstanbul uçuuuur. 150 milyon sərnişin tutumuna malik dünyanın ən böyük aeroportunun təməli qoyuldu. Xeyirli olsun, tutana eşq olsun" - deyə, şəhər valisi sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, hazırda dünyanın ən böyük aeroportu ABŞ-ın Atlanta şəhərində yerləşən Hartsfild-Cekson adına beynəlxalq hava limanı ildə 92 milyona yaxın sərnişin dövriyyəsi olur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs