Fariz Məmmədov Avropa çempionu oldu (FOTO)
Bu gecə Azərbaycanı və "Qəbələ" İdman Klubunu
peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu
uğrunda revanş döyüşündən qalib ayrılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, həmyerlimiz "WBCA" və "WBO" versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün alman təmsilçi Mattias Pelklə döyüşüb.
Məmmədov dördüncü raundunda rəqibini texniki nokauta salaraq "WBO" və "WBCA" versiyaları üzrə Avropa kəmərinə sahib çıxıb.
Xatırladaq ki, Fariz Məmmədovla Mattias Pelk ötən ilin dekabr ayında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı. Buna Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması səbəb olmuşdu.