Əlaqə Arxiv
news Image
2014.06.08
15:09
| A A A
İran yeni raketini sınaqdan keçirdi
İran radar və raket texnikasının ən yeni nümunələrini sınaqdan keçirib. 

Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, sınaqlar "Misbah əl Hoda" adı altında keçirilmiş silsilə təlimlər çərçivəsində baş tutub. Təlimlər artıq yeni texnika ilə təchiz olunmuş hava hücumundan müdafiə qüvvələrinin birləşmələrinin yerləşdiyi Fars körfəzindəki Kiş adasında keçirilib. Təlimlər bir neçə mərhələdən ibarət olub və ölkənin bir neçə rayonunu əhatə edib. 

Sınaqdan keçirilən radarlardan "Rassid-32" radar sistemi düşmənin hava hədəflərinin hündürlüyü, sürəti və istiqaməti barədə məlumatları operativ şəkildə toplamaq və avtomatik rejimdə 15 kilometrədək məsafədə yerləşən hava hücumundan müdafiə qüvvələrinin komanda məntəqələrinə ötürmək qabiliyyətinə malikdir.
Sizin Reklam Yeriniz