news Image
2014.06.08
15:08
| A A A
Ağıllı qolbağılar buraxıldı
"Sony" şirkəti insanın gündəlik aktivliyini izləyən "SmartBand SWR10" qolbağının satışlarına başlayıb. Movqe.az Anspress-ə istinadən xəbər verir ki , ABŞ istifadəçiləri qurğu üçün sifarişi şirkətin onlayn mağazasında təxminən 100 dollara rəsmiləşdirə bilərlər.

"SmartBand" smart qolbağı "CES 2014" sərgisində nümayiş etdirilib. Cihaz real vaxt rejimində insan həyatının qeydə alınması üçün nəzərdə tutulub. Aksesuar sizin olduğunuz yerləri, hansı vaxtda şəkil çəkdiyinizi, musiqi dinlədiyinizi, kitab oxuduğunuzu qeydə alır. Bundan sonra bu informasiya Android-smartfonda Lifelog tətbiqi ilə emal olunur.

SmartBand qolbağı smartfona "NFC" və ya "Bluetooth" ilə qoşula bilər. Həmçinin "Sony Entertainment Network" hesabı lazımdır. Cihazın sahibi smartfonundan 10 metr məsafədə uzaq olsa, smart-qolbaq vibrasiya ilə bu haqda xəbər verəcək. Bundan başqa, qurğu insanı yuxudan oyada, ona zəng, SMS, layk və tvitlərdən xəbər verə biləcək. SmartBand qolbağı su və toza qarşı davamlıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs