Əlaqə Arxiv
news Image
2014.06.08
17:01
| A A A
Döyüşçülərimiz kubalılarla bacarmadı
İyunun 7-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Dünya Boks Seriyası (WSB) Liqasının 20132014-cü illər mövsümünün final mərhələsinin ikinci görüşü keçirilib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, həlledici mərhələdə Azərbaycanın "Baku Fires" komandası Kubanın "Cuba Domaderos" kollektivi ilə qarşılaşıb.

Turnirdə Elvin Məmişzadə (52 kq, "Baku Fires") Gerardo Servantezə ("Cuba Domaderos"), Albert Səlimov (60 kq) Lazaro Alvaresə, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) Xose Larduetə qalib gəlib. Məhəmməd Nuruddinov (69 kq, "Baku Fires") Roniel İqlesias Soqolonqoya, Mixail Dolqolevets (81 kq) isə Xulio Sezar de la Kruza məğlub olub. Beləliklə, görüş "Baku Fires"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Komandalar arasında keçirilmiş ilk görüşdə "Cuba Domaderos" eynihesablı qələbə qazandığı üçün 69 kiloqram çəki dərəcəsində əlavə görüş keçirilib. Bu görüşdə boksçumuz Yevgeni Romaşkeviç Arisnoidis Despaigneyə məğlub olub. "Cuba Domaderos" komandası WSB Liqasının 20132014-cü il mövsümünün qalibi olub.
Sizin Reklam Yeriniz