news Image
2014.06.08
18:00
| A A A
Rivaldodan braziliyalıları əsəbləşdirəcək proqnoz
Rivaldo Braziliyada keçiriləcək Dünya Kubokundakı favorit komandalarının adlarını açıqlayıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, veteran futbolçu futbol üzrə Dünya Çempionatında İspaniya və Argentinanın favorit olduğunu söyləyib. 

İngiltərə mətbuatına danışan Rivaldo, turnirdə güclü komandaların iştirak etdiyini deyib: "Bildiyiniz kimi finallarda daha əvvəl kubok uzanmış 8 komanda mübarizə edəcək. Bu təcrübəli komandaların hamısı hörmət olunacaq komandalardır. Ancaq mənə görə, turnirdə İspaniya və Argentina ən güclü komandalardır". 

Turnirin favoritinin Braziliya olmadığını vurğulayan 42 yaşlı veteran futbolçu Portuqaliyanın isə ümidləri doğrultmayacağını söyləyib. 

Dünya Kubokunun açılışında Braziliya ilə Xorvatiya arasında oynanılacaq matç haqqında da danışan Rivaldo ölkəsinin turnirə ev sahibliyi etməsi səbəbiylə milli komanda oyunçularının təzyiq altında olacağını xatırladıb: "Məncə Braziliya əlindən gələni edəcək və ilk matç çətin keçəcək. Yenə də yaxşı bir matç oynayıb Xorvatiyanın məğlub edəcəyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs