Əlaqə Arxiv
news Image
2014.06.08
20:22
| A A A
Meydançaya dolu yağdı, oyun yarıda qaldı (VİDEO)
Dünya Kubokuna hazırlaşan Belçika komandası Brüsseldə Tunisi qonaq edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, qarşılaşma dolu yağması səbəbindən 23-cü dəqiqədə dayandırılıb. Matçın hakimi Viktor Kassayi Brüsseldə dolunun gücünün artırmasından sonra oyunu dayandırmaq məcburiyyətində qalıb. Dolu dənələrinin qolf topu böyüklüyündə olması oyunçuların sağlamlığını təhlükəyə atdığı üçün 45 dəqiqəlik fasilə yaranıb. 

Dolunun dayanmasından sonra isə qarşılaşma qaldığı yerdən davam edib. Belçika 1:0 hesabı ilə oyundan qələbə ilə ayrılıb. 

Qeyd edək ki, Belçika Dünya Kubokunun final mərhələsinə hazırlaşır. Komanda çempionatda ilk matçını Əlcəzairə qarşı 17 iyunda oynayacaq.


Sizin Reklam Yeriniz