Əlaqə Arxiv
news Image
2014.06.08
20:44
| A A A
Pələnglər 3 gəncə hücum etdi

Hadisə dünən üç gəncin zooloji parkın hasarını aşıb və qadağan olunmuş əraziyə pələnglərlə volyerin yanına düşəndə baş verib.

İki pələng pəncələri ilə bir gənci sürüyüb aparmaq istəyib.

Digər iki gənc isə dostunu yırtıcıların əlindən almaq istəyiblər. İnsident zamanı hər üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Zooloji parkın mühafizəsi patrul polisini və təcili tibbi yardımı çağırıb, bununla da yaralılar respublika xəstəxanasına aparılıblar.

Movqe.az xəbər verir ki , Zooloji parkın müdiriyyətinin Trend-ə verdiyi məlumata görə, hazırda xəsarət alanlardan ikisi artıq evə buraxılıb, biri isə ağır vəziyyətdə reanimasiya şöbəsində saxlanılır.

Sizin Reklam Yeriniz