Əlaqə Arxiv
news Image
2014.06.08
22:08
| A A A
Qənirə Paşayeva Malaziyanın rəsmi nümayəndə heyəti ilə görüşdü
Millət vəkili Qənirə Paşayeva Malaziyanın rəsmi nümayəndə heyəti ilə görüşüb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Parisdə keçirilən Ümumdünya Qadın Sammiti çərçivəsində Malaziyanın Birinci Xanımı Datin Rozmah binti Mansor, Qadın, Ailə və Cəmiyyətin İnkişafı naziri Dato Rohani Abdul Karim, Beynəlxalq Ticarət və Sənaye nazirliyinin baş katibi Datuk Dr. Rebekka Fatima Sta. Marianın rəhbərlik etdiyi Malayziya nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Malaziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.

Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Sammit çərçivəsində keçirilən görüş zamanı Malayziya nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

O, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Millət vəkili Qənirə Paşayeva Malayziya heyətinə Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən "Azərbaycan Həqiqətləri" filmləri kataloqunu və materialları təqdim edib. Millət vəkili nümayəndə heyətinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Millət vəkili Qənirə Paşayeva Malayziya nümayəndə heyəti üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib.

Malayziya heyəti böyük məmnuniyyətlə Azərbaycanı görmək istədklərini bildirib.

Malaziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu xüsisi vurğulanıb.
Sizin Reklam Yeriniz