news Image
2014.06.08
22:02
| A A A
Gülənə daha bir şok
Türkiyədə Fəthullah Gülənlə bağlı yeni iddia ortaya atılıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə xarici işlər nazirliyinin müşaviri Firudun Hadi Sinirlioğlu sabah üç günlük işgüzar səfəri çərçivəsində ABŞ-a yollanır. 

Sinirlioğlu Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə də görüşəcək. Türkiyə ilə ABŞ arasındakı görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlərin də müzakirə olunacağı gözlənilir. 

Danışıqlar zamanı Ankara Baş prokurorluğunun paralel hökumət ilə əlaqədar olaraq başlatdığı istintaq çərçivəsində Pensilvaniyada yaşayan Fəthullah Gülənin Türkiyəyə qaytarılması məsələsi də gündəmə gətiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs