Əlaqə Arxiv
news Image
2014.06.09
12:13
| A A A
TQDK-dan imtahan açıqlaması

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 8-də bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda təşkil olunub. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər. Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilib. İmtahan prosesi bütün mərkəzlərdə təlimata uyğun aparılıb, iştirakçıların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Qeyd edək ki, şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri isə bütün ölkədə buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın səhifəsində veriləcək.

Sizin Reklam Yeriniz