Əlaqə Arxiv
news Image
2014.06.09
12:52
| A A A
Paytaxtda məcburi köçkünlər yeni qəsəbəyə köçürüləcək-Özəl
Elçin Qədimov: "Qəsəbədə demək olar ki, son tamamlama işləri aparılır"

Paytaxtda məcburi köçkünlər yeni tikilmiş evlərə köçürüləcək. Bu barədə Movqe.az-a məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovverib. E. Qədimovun sözlərinə görə, 1999-cu ildə salınmış "Ümid"qəsəbəsinin yenidən qurulması işləri başa çatmaq üzrədir: " Bu qəsəbədə  evlər istismar müddətini başa vurduğundan qəsəbə yenidən salındı. Yeni "Ümid" qəsəbədə demək olar ki, son tamamlama işləri aparılır. Qısa müddətdə istismar müddəti başa çatan evlərdən məcburi köçkünlər yeni "Ümid" qəsəbəsindəki evlərə köçürüləcək".

Qeyd edək ki, Ümid qəsəbəsinin əsası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunub. 2005-2008-ci illərdə Norveçin "Qaçqınlar Şurası" Beynəlxalq Humanitar Təşkilatının Qaradağ Rayon İcra Hakimiyyəti və Laçın rayonunun Mişni icması ilə birgə layihəsi əsasında Ümid qəsəbəsinin ərazisində adı çəkilən icmanın məcburi köçkünləri üçün 110 kotec tipli fərdi yaşayış evi inşa olunub. 

Sizin Reklam Yeriniz