Uşaqlara gün vurma təhlükəsi
"Çimərlik mövsümünün başlanılması ilə əlaqədar bəzi valideynlər
azyaşlı uşaqları qızmaq şüasında çox saxalayaraq sağlamlıqları üçün
ciddi təhlükə yaradırlar. Valideynlər unudurlar ki, xüsusilə yayda,
çimərlikdə azyaşlılar gün vannasını müvafiq vaxtlarda, günəş
şüalarının daha kəskin olduğu vaxtda qəbul etməməlidirlər". Bu
sözləri Movqe.az-a açıqlamasında ölkənin baş pediatrı Nəsib Quliyev
söyləyib. N. Quliyev bildirib ki, çimərlikdə azyaşlı uşaqlar səhər
saat 11-dək günəş şüası qəbul edə bilərlər: "Saat 11:00-dan 17:
00-a dək fasilə olmalıdır. Əks halda uşağa gün vurma nəticəsində
sağlamlığında ciddi təhlükə yarana bilər. Çünki saat 11-dən 16:00-a
dək olan vaxt günəşin ultrabənövşəyi şüaları daha da artır ki, bu
da sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Ona görə də,
valideynlər dəniz mövsümündən bu qaydalara əməl etməklə yaralana
bilərlər".