Əlaqə Arxiv
news Image
2014.06.09
13:33
| A A A
"Noğul"un içindən heroin çıxdı
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Rauf Lazım oğlu Mahmudova vətəndaş Elçin Nəhmət oğlu Bağırovun gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan "noğul" dənələrinin içərisindən 7 (yeddi) ədəd şəffaf sellofana bükülmüş ümumi çəkisi 0.698 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb. Movqe.az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.3; 310 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum İman Həsən oğlu İbrahimovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Fazil Həsən oğlu İbrahimovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın cibindən daxilində "Nar" və "Cin" danışıq kartları olan 1 (bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Faktlar üzrə araşdırma aparılır. 
Sizin Reklam Yeriniz