Əlaqə Arxiv
news Image
2014.06.09
13:50
| A A A
Təhsil Nazirliyi mediaya xüsusi diqqət yetirəcək - Açıqlama
"Bu gün rəqəmsal, sürətli, xətli media bütün insanları, məişəti əhatə edib. Belə olan təqdirdə yeni media ilə iş təcrübəsi necə olmalıdır, media ilə iş qurmaq imkanlarını haradan axtarıb üzə çıxarmalıyıq? Bu kimi suallara cavab tapmalıyıq. "Media və təhsil dialoqu: yeni çağırışlar" mövzusunda keçirilən konfransda bu məsələlər ətrafında müzakirələr aparılacaq". Movqe.az-ın  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bütün universitetlərin mətbuat xidməti rəhbərlərinin iştirak etdiyi belə konfranslar gələcəkdə Bakıda və bölgələrdə də davam etdiriləcək. Cəsarət Valehov qeyd edib ki, birgə müzakirələrlə problemlərin həll yolu tapılacaq: "Biz istəyirik ki, təhsil və media dialoqu daha yaxşı səviyyəyə gəlib çatsın. Mediada təhsillə bağlı yazılan yazıların mahiyyəti, məzmunu daha mükəmməl olsun, media qurumlarının, Təhsil Nazirliyinə aid olan universitetlərin media ilə məşğul olan təmsilçilər media ilə təhsil dialoqundan ortaya çıxan mahiyyəti görə bilsinlər. Təhsil ekspertlərinin iştirakı ilə buna güzgü tutmağa çalışacağıq. Dünya çox ciddi dəyişir və buna uyğun olaraq təhsil-mediada da məzmun, forma baxımından çox ciddi dəyişikliyə uğrayır". Cəsarət Valehov bu ildən ali məktəblərin jurnalistika fakültəsinə qəbul olan abituriyentlərin qabiliyyət imtahanlarından keçirilməsinə də münasibət bildirib. O, deyib ki, həm təhsil işçisi, həm də jurnalistika ilə məşğul olan şəxs olaraq qabiliyyət imtahanlarını vacib hesab edib. Onun sözlərinə görə, mediaya, jurnalistikaya gələn insan yazmağı, fikir yürütməyi bacarmalıdır: "Bundan əlavə, o, fikirlərini həm obrazlı, həm də sözün birbaşa mənasında deməyi bacarmalıdır. Bu baxımdan jurnalistika fakültəsinə qabiliyyət imtahanlarının olmasını xüsusi təqdir edirəm". 
Sizin Reklam Yeriniz