news Image
2014.06.09
13:10
| A A A
İsmayıllıda sürüşmə sahəsində hərəkət davam edir-AÇIQLAMA
Sadiq Əmiraslanov: "Digər sürüşmə zonaları ilə bağlı hələki təhlükə yoxdur"

"İsmayıllı rayonunun Zərnəva kəndində sürüşmə sahəsində hərəkət davam edir. Sürüşmə sahəsində aktiblik demək olar ki, qalmaqdadır. Sürüşmə kütləsinin üzərində olan çatların, blokların genişlənməsi müşahidə olunur".

Bu barədə Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib. S. Əmiraslanov bildirib ki, sürüşmə sahəsindən 150 metr kənarda fərdi yaşayış evində meyilliliklə əlaqədar olaraq, müəyyən deformasiyalar əmələ gəlib: Amma bunun sürüşmə sahəsi ilə əlaqəsi yoxdur. Kəndə düşən sel nəticəsində 1 fərdi yaşayış evində dağıntı baş verib".

S. Əmiraslanov digər sürüşmə zonaları ilə bağlı hələki təhlükə olmadığını bildirib. Xatırladaq ki, İsmayıllıda sürüşməyə səbəb mayın 29-da İsmayıllı rayonuna yağan yağış olduğu bildirilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs