Əlaqə Arxiv
news Image
2014.06.09
14:16
| A A A
Bakıda daha bir ana ölümünün təfərrüatları-YENİLƏNİB
Pəri Abbasova: "Bircə onu deyə bilərik ki, bu qadının ilk hamiləliyi olub" Movqe.az Binəqədi rayonu ərazisindəki Məlikov adına Şəhər Klinik Xəstəxanasında baş verən ana ölümü ilə bağlı məsələni araşdırmaq məqsədilə xəstəxananın doğum şöbəsi ilə əlaqə saxlayıb. Doğum şöbəsindən faktı təsdiqləyərək ana ölümünün təbii doğuş zamanı baş verdiyini təsdiqləyiblər. Doğuş şöbəsinin müdiri Pəri Abbasova Movqe.az-a açıqlamasında bildirib ki, doğuş zamanı ölən qadın 27 yaşında Abşeron rayon sakini Günay Əliyevadır: "Hazırda fakt araşdırılır. Biz hələ ölümün hansı səbəbdən baş verdiyini söyləyə bilmərik. Meyid yarılıb,ekspertiza aparılır. Bircə onu deyə bilərik ki, bu qadının ilk hamiləliyi olub. Doğuş təbii yolla baş tutub. Vəssəlam. Başqa heç nə söyləyə bilmərik". 


****

Bakıda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb. Movqe.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 7-də qeydə alınıb. Abşeron rayon sakini Günay Əliyeva Binəqədi rayonu ərazisindəki Məlikov adına Şəhər Klinik Xəstəxanasında doğuş zamanı ölüb. Uşaq isə sağdır. Faktla bağlı araşdırma aparılır

Sizin Reklam Yeriniz