Dilənçi uşaqlar saxlanıldı
Bakıda bir qrup dilənçi saxlanılıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 12 nəfər saxlanılıb. Saxlanılanlar arasında 6-sı qadın və 6-sı azyaşlı uşaqdır.
Saxlanılan dilənçilər aidiyyatı üzrə Yevlax rayon pols şöbəsinə göndərilib.