Bakıda sərnişin avtobusunda "Allahu Əkbər" həyəcanı
Ötən həftə Bakıda çox maraqlı və eyni zamanda
gülməli hadisə baş verib. ANS
PRESS-in məlumatına görə, maraqlı hadisə sərnişin avtobusunlarından
birində olub. Belə ki, avtobus
"Gənclik" metrosu yaxınlığında sərnişin avtobusu dayanacaqda
dayanır. Bu zaman avtobusa orta boylu, uzun saqqallı və ilk
baxışdan radikal dindara bənzəyən bir kişi minib. Kişi gələrək
avtobusun ortasında dayanıb və əlindəki çantanı yerə qoyub. Avtobus
hərəkət etməyə başlayan zaman, "Allahu Əkbər" deyib və ani şəkildə
əyilərək çantanın ağzını açıb. Bu
zaman sərnişinlər panikaya düşür. Bir neçə saniyə içərisində
sərnişinlər avtobusdan düşüb qaçmağa
başalayır. İnsanlar o qədər
həyəcanlanıblar ki, bir-birinin üstünə çıxıblar. Bəziləri isə qaçan
zaman üzü üstə yıxılıblar. Lakin kişi çantadan "bomba" yox,
"suxari" çıxarıb. Demə kişi suxari yemək
istəyirmiş.
Yazıq kişi hadisədən özü də şoka düşüb. Hətta onun vəziyyəti pisləşib. Sonradan sərnişinlər yenidən avtobusa miniblər.
Yazıq kişi hadisədən özü də şoka düşüb. Hətta onun vəziyyəti pisləşib. Sonradan sərnişinlər yenidən avtobusa miniblər.