Ermənilər Bakıya gəlir
Erməni deputatlar Bakıya gəlmək
istəyirlər. ANS PRESS-in məlumatına
görə, deputatlar Bakıda keçiriləcək NATO-nun "Rose Roth"
seminarında iştirak etmək istəyirlər. Bu barədə Ermənistanın NATO-dakı erməni nümayəndə heyətinin
rəhbəri Koryun Naqapetyan deyib. Naqapetyan bildirib ki, erməni
nemayəndə heyəti rəsmi Bakının təhlükəsizliyə zəmanət verəcəyi
təqdirdə paytaxtımıza gəlmək istəyir. Deputat növbəti il seminarın
İrəvanda keçirilməsini təklif etmək fikrində olduqlarını da
bildiriblər. Qeyd edək ki, "Rose Roth"
seminarı 1990-cı ildən keçirilir.
Avqust ayının ən yaxşı futbolçusu
RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs