Ötən həftə Bakıda çox maraqlı və eyni zamanda, gülməli hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, maraqlı hadisə sərnişin
avtobusunlarından birində olub.
Belə ki, "Gənclik" metrosu yaxınlığında sərnişin avtobusu
dayanacaqda dayanır. Bu zaman avtobusa orta boylu, uzun saqqallı və
ilk baxışdan radikal dindara bənzəyən bir kişi minib. Kişi gələrək
avtobusun ortasında dayanıb və əlindəki çantanı yerə qoyub. Avtobus
hərəkət etməyə başlayan zaman, "Allahu Əkbər" deyib və ani şəkildə
əyilərək çantanın ağzını açıb.
Bu zaman sərnişinlər panikaya düşür. Bir neçə saniyə içərisində
sərnişinlər avtobusdan düşüb qaçmağa başalayır.
İnsanlar o qədər həyəcanlanıblar ki, bir-birinin üstünə çıxıblar.
Bəziləri isə qaçan zaman üzü üstə yıxılıblar. Lakin kişi çantadan
"bomba" yox, "suxari" çıxarıb. Demə, kişi suxari yemək
istəyirmiş.
Yazıq kişi hadisədən özü də şoka düşüb. Hətta onun vəziyyəti
pisləşib. Sonradan sərnişinlər yenidən avtobusa miniblər.