news Image
2014.06.09
15:23
| A A A
ARDNŞ rəsmi göstəriciləri açıqladı

May ayı ərzində 2 milyon 207 min 825 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb

May ayında BTC kəməri ilə 2,7 milyon ton Azərbaycan nefti nəql olunub. 


Movqe.az-ın ARDNŞ-ə istinadla verdiyi məlumata görə, bu ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 725 min 177 ton Azərbaycan nefti nəql olunub.


Bu ilin yanvar-may aylarında bu kəmərlə 12 milyon 199 min 306 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il iyun ayının 1-ə qədər BTC-yə 247 milyon 340 min 899 ton neft vurulub. 


Bundan başqa, cari ilin aprel ayında BTC kəməri ilə 456 min 359 ton Türkmənistan və 140 min 868 ton Qazaxıstan nefti nəql olunub. 


Bununla yanaşı may ayı ərzində 2 milyon 207 min 825 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 459 min 633 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Bu ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 milyon 703 min 142 ton təşkil edib. 


Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il iyun ayının 1-ə qədər Ceyhan limanından 244 milyon 847 min 56 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs