Əlaqə Arxiv
news Image
2012.04.07
03:20
| A A A
«Online» qumarxanalar ciddi sosial problemə çevrilir
Mahmud Hacıyev: «Online» qumar oyunlarına qarşı mübarizə aparmaq üçün aidiyyəti dövlət qurumları fəaliyyətlərini koordinasiya etməlidilər»

Azərbaycanda qumarxanaların fəaliyyətirəsmən qadağan olunsa da, hələ bu işlə məşğul olanlara rast gəlirik. Mətbuatda tez-tez yayılan məlumatlardan da görürük ki, şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən bəzi internet klublar "online" sistemi ilə qumarxana təşkil etdikləri üçün hüquq-mühafizə orqanları tərəfindən aşkar edilib, cəzalandırılırlar.

Düzdür, onların sayı çox deyil. Bununla belə bu cür fəaliyyət göstərənlərə rast gəlmək mümkündü. Amma fərdi qaydada vətəndaşların "online" sistemi ilə qumar oynadıqları istisna edilmir. Çünki indi əksəriyyətin kompyuterivar onlar internetə qoşulub. Maraqlıdır, fərdi qaydada online sistemində qumar oynayanlaraqarşı hansı cəza tədbirləri görülür? Ümumiyyətlə, bunun qarşısını almaq mümkündür. Mövzu ətrafında söhbətləşdiyimiz keçmiş polis zabiti, ekspert Mahmud Hacıyev bildirdi ki, Azərbaycandaqumarxana fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ilin yanvar ayında ləğv edilib: "Mərhum prezident yaxşı bilirdi ki, Azərbaycancəmiyyəti buna hazır deyil qumarxanaların kimi fəsadlar yaratdığını görürdü. Ona görə reallığa uyğun olaraq qərar qəbul etdi Bakıdakı bütün qumarxanalaryığışdırıldı. Avropa ölkələrində, Türkiyə Rusiyada qumarxanaların fəaliyyətinə hökumət tərəfindən ciddi nəzarət olunur, onlara yüksək vergi tətbiq edilir. Azərbaycan kimi ölkələrdə qumarxanalar iqtisadi turizm baxımından heç bir effekt vermir. Daha çox gənclərin mənəvi deqredasiyaya uğraması, böhranlı vəziyyətə düşməsi ailələrin dağılması ilə nəticələnir.

Həmçinin hər cür qumarxana fəaliyyəti kriminal halların artmasına səbəb olur. Qaldı ki, "online" sistemində qumar oynanılmasına artıq bununla Rabitə İnformasiyaTexnologiyaları Nazirliyi məşğul olmalıdır. Yəqin ki, məşğul da olurlar. Qumar oyunlarını təşkil edən saytların adları bəllidir onlara Azərbaycandan hansı İP ünvanlardan girildiyi kimi məqsədlərlə istifadə olunduğu da məlumdur. Bu mənada bu kimi qanunsuz işlərə qarşı mübarizə aparmaq o qədər çətin deyil. "Online" qumar oyunlarına qarşı mübarizə aparmaq üçün aidiyyəti dövlət qurumları fəaliyyətlərini koordinasiya etməlidilər. Bu məsələ birgə mübarizə, vahid mərkəzin əməliyyat aparmasınıtələb edir".

M.Hacıyev təəssüflə bildirir ki, bu kimi qanunsuz oyunlar bir müddətdən sonra leqallaşdırılır: "Vaxtilə idman oyunlarına proqnozlarınqoyulması da qanunsuz idi. Şəhərin müxtəlif yerlərində bu işlə gizli şəkildə məşğul olanlar var idi. Onlara qarşı mübarizə aparanda, insanlar internet vasitəsiləpullu proqnozlar verməyə başladılar. Hökumət görəndə ki, məsələ kütləviləşir pullar kimlərinsə cibinə axışır, çıxış yolunu məsələnin qanuniləşməsində gördü.

Onu da qeyd edim ki, qumarxanalar həmişə kriminal ünsürlərin sığınacaq yeri olub. Hüquq mühafizə orqanları bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdılar. İmkan verməməliyikki, gənc nəsil zəhmətdən, elmdən uzaqlaşıb, kriminial ünsürlər üçün yağlı tikə olsunlar".

M.Hacıyev hesab edir ki, "online" qumarxanaların dərəcədə təhlükəli olduğunu insanlara çatdırmaq üçün maarifləndirici işlər aparmaq lazımdır: "Orta məktəblərdə, telekanallarda qumara qarşı kampaniya aparılmalıdır. Bunu özbaşına buraxmaq olmaz. İndidən maarifçilik işləri aparılmasa, sonra daha pis situasiya ilə üzləşə bilərik. Telekanallarda "online" qumar oyunlarında aldadılmış ya bütün pullarını uduzmuş şəxsin acı taleyi barədə geniş verilişlərverilməlidir ki, insanlar bu işdən çəkinsinlər".

R.XƏLİLOV

Sizin Reklam Yeriniz