Əlaqə Arxiv
news Image
2014.06.09
17:15
| A A A
Zakir Həsənovun istefa verməsi ilə bağlı məlumat yalan çıxdı

Müdafiə Nazirliyi mətbuatda yayılan xəbərə reaksiya verdi

Müdafiə Nazirliyi Kütləvi İnformasiya Vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb" başlıqla yayılan məlumatlara reaksiya göstərib. 

Məlumatda deyilir: 


"Bu gün bəzi kütləvi informasiya vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb" başlıqlı məlumatlar yayılıb.

Bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur. 

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub.

Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır".


Sizin Reklam Yeriniz