news Image
2014.06.09
16:42
| A A A
Bakıda atəşfəşanlıq olacaq

Azərbaycanda Bakı 2015 ilk Avropa Oyunlarına 1 il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Bakıda iyunun 11-də möhtəşəm gecə təşkil olunacaq.


Movqe.az-ın məlumatına görə, Bakı bulvarında Azərbaycanın tarixi oyunlara ev sahibliyi etməsinin əsas mərhələsinə qədəm qoyması münasibətilə möhtəşəm atəşfəşanlıq olacaq.


Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən oyunların başlanmasına 1 il qalması - unudulmaz geriyə sayımın startı münasibətilə rəngarəng tədbir keçirilməsi planlaşdırılıb.


Tədbir saat 23:00-da başlayacaq və Bakı bulvarında yerləşən Paraşüt qülləsində daha yaxşı əks olunacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs