Əlaqə Arxiv
news Image
2014.06.09
13:00
| A A A
Masallı Rayonu üçüncü Beynəlxalq Folklor Festivalına hazırdır

MASALLI RAYONU ÜÇÜNCÜ BEYNƏLXALQ FOLKLOR FESTİVALI təşkilat komitəsinin sədri Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini Nəsir Muxtar oğlu Muxtarlının verdiyi məlumata görə 

diqqətçəkən əsas məqamlardn biri də müxtəlif mədəniyyət sahələrin

Inkişaf etdiran və bir araya gətirən beynəlxalq festivalların ölkəmizdə yüksək səviyyədə təşkili, həyata keçirilməsi və beynəlxalq aləmə tanıdılmasıdır.Masallıda iki dəfə 

baş tutan birinci və ikinci Beynəlxalq Folklor Festivalı da,təbii ki, özlüyündə bu məqsədi daşıyır.

MASALLI RAYONU ÜÇÜNCÜ BEYNƏLXALQ FOLKLOR FESTİVALI təşkilat komitəsinin sədri Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini Nəsir Muxtar oğlu Muxtarlı bu layihədə yaxından iştirak edən təşkilatçılardan biri kimi danışır ki, 

Masallı Azərbaycanın 2012- ci ildə və 2013-cü ildə  "Folklor paytaxtı" elan olunmuşdur. Bu günlərdə baş tutancaq qçüncü Beynəlxalq Folklor Festivalı da bizim bu il keçirəcəyimiz çoxsaylı lahiyələrdən biridir. Əvvəlki festivallarda Naxçıvanın "Şərur", Masallının "Nağaraçılar" qurupu və "Halay" folklor kollektivləri ilə yanaşı, 

bir çox ölkələrdən – İran, Latviya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiyanın Kabardin-Balkar, Dağıstanın kollektviləri də bu festivalda iştirak edirdilər. Festivalların ilk günündə paradın və açılış konsertinin keçirilməsi qonaqlar və tamaşaçılar üçün,həqiqətən də yaddaqalan olmuşdur, bu barədə ölkə, Rusiya mətbuatı da geniş məqalələr vermişlər.Festivalın digər günlərində də baş tuta müxtəlif tədbirlər ona olan marağı daha da artırmışdır. İki konsert proqramının Masallı rayonun Şərəfəkəndi və Boradigah qəsəbəsində təşkil edilməsi festivala həmin ərazinin sakinləri tərəfindən olan diqqət və marağı daha da artırdı. Açılış günü parada Masallının yerli sakinlərinin də qoşulması, onların iştirakçıları səmimiyyətlə qarşılamaları qonaqların yaddaşında xusisi iz buraxdı.Çünki, onlar təəssüratlarını mütəmadi olaraq qeyd edirdilər. Festivalın bağlanış konserti də çox möhtəşəm və yaddaqalan oldu. 


MASALLI RAYONU BİRİNCİ VƏ İKİNCİ  BEYNƏLXALQ FOLKLOR FESTİVALIININ axırında biz iştirakçılara olan minnətdarlığımizı və diqqətimiz Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri ilə bildirdik.Həmin insanlar, çoxsaylı iştirakçılar burdan gedəndən sonra da öz təşəkkürlərini, əsl Masallılı qonaqpərvərliyini müxtəlif rəsmi saytlarda, məktublarda qeyd etdilər.-






Bu layihənin həyata keşirilməsində yaxından iştrak etmiş MASALLI RAYONU ÜÇÜNCÜ BEYNƏLXALQ FOLKLOR FESTİVALI təşkilat komitəsinin sədri Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini Nəsir Muxtar oğlu Muxtarlı  ölkə jurnalistlərinin 


- "Siz Masallıda fəaliyyət göstərən folklor qruplarını qeyd etdiniz. Bu qruplar haqqında daha ətraflı məlumat istərdik. - 


sualına belə cavab vermiıdir:


-Əlbəttə ki, belə layihələr hərtərəfli böyük önəm daşıyır.Çünki bu,təkcə mədəniyyətlərin qovuşması deyil, eyni zamanda , Azərbaycan foluklorun, milli mətbəximiz tanınmasıdır və s. 


Ölkəmizin turist bölgələrinin kəşf edilməsi, Azərbaycan tarixi ilə bağlı daha çox məlumatlanmaq,Azərbaycanın Qarabağ problemi ilə yaxından tanış olmaq kimi digər münasibət tərəfələri özündə birləşdirir.Hətta biz bunu gonaglara kitabcalar səklində təgdim etdik. Hətta biz bunu qonaqlara kitabçalar şəklində də təqdim edirik.


Bəli, belə bir beynəlxalq folklor festivalı Azərbaycanda ilk dəfə olaraq 2012-ci ildə, məhz Masallıda baş tutdu. Folklor kollektivləri ilə yanaşı Masallı rayonunun ziyalıları , həmçinin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə bərabər , Qazaxıstan, Latviya, Yaponiya səfirliklərinin nümayəndələri də bu tədbirdə yaxınnan iştirak etdilər. Bu bizim həyata keçirdiyimiz ilk tədbir idi və mən elə bilirəm ki, biz nəyəsə nail ola bildik. Masallı rayonuna ildən-ilə maraq artır. Özümüzün folklor qruplarımız xarici kollektivlərdən heç də geri qalmır. Folklor bizim milli sərvətimizdir. Belə tədbirlər folklora olan marağı daha çox artırır.


Masallıda hazırda beş folklor qrupu fəaliyyət gostərir. Onlardan biri də "Halay" folklor ansamblıdır ki, 50-dən artıq yaşı var. Bu ansamblın hətta yaşlı nəsildən ibarət veteranlar qrupu da fəaliyyət göstərir. Eyni zamanda, oğlan və qızlardan ibarət "Masallı" folklor ansamblı, daha yaşlı kollektivdən təşkil olunmuş "Həcər" folklor qrupumuz vardır. Hələlik son yaratmış olduğumuz qrup isə azyaşlı uşaqlardan ibarət "Sara" folklor ansamblıdır. Folklorumuza, mədəniyyət ənənələrimizə, mədəniyyət ənənələrimizə, mədəni tariximizə, demək olar ki, böyük bir axın var. Qeyd etdiyim kimi, bu və ya digər layihələr göstərilən cəhdləri, bir növ, stimullaşdırır. Bu festival çərçivəsində Masallı 200-dən artıq əcnəbi qonaq qarşıladı. Bu birmənalı şəkildə turizmin inkişafına verilən töhfədir. Festival başa çatdıqdan sonra bizə yeni layihələrlə bağlı çoxsaylı təkliflər gəlir ki, hazırda biz onları müzakirə edirik. Bilirsiniz ki, bizim "Folklor ili" çərçivəsindəki layihələrimiz təkcə bu festivalla məhdudlaşmır. Bunnan əvvəl Respublika Muğam Festivalı, turizmin inkişafına kömək məqsədilə böyük bir turizm sərgisi təşkil etmişik. Eyni zamanda, milli folklorumuza dair geniş konfranslarda, müxtəlif mövzularda keçirilən bədii gecələrdə, sərgilərdə və s. yer verilmişdir. Biz çalışırıq ki, Masallı əsl folklor mərkəzi kimi diqqət çəksin. Bu yöndə əlimizdən gələni gələcəkdə də əsirgəməyəcəyik...





Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROVUN "MÖVQE.AZ" saytına verdiyi nəvbəti xəbərində bildirilir ki,  İyunun 12-dən 16-dək Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti III Beynəlxalq folklor festivalı keçiriləcək. 

 

Son iki ildə rayonda folklor festivalının yüksək səviyyədə keçirilməsi və bu sənət yarışmasına qatılmaq istəyən ölkələrin sayının artması ilə onun miqyasının genişlənməsi, Masallının ən mötəbər tədbirlərə ev sahibliyi etmək bacarığını üzə çıxarıb.


Qeyd etdiyimiz kimi ayonda keçirilən festivallarda Azərbaycanla yanaşı, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstanın folklor kollektivləri iştirak edib.

 

Təşkilat komitəsindən verilən məlumata görə, bu il festivalda 10 ölkənin 17 folklor qrupu -300 nəfərə yaxın qonaq iştirak edəcək. Bu festival təkcə xalqlar arasında mədəni əlaqələrin inkişafı baxımından yox, həm də ölkəmizin və o cümlədən Masallının turizm potensialının inkişaf etdirilməsi üçün də vacib amildi. Festivalın açılış mərasimi iyunun 13-də, bağlanış mərasimi isə 15-də keçiriləcək.  Təşkilat komitəsindən bildiriblər ki, beynəlxalq festivala  hazırlıq işləri yekunlaşmaq üzrədir.

MASALLI RAYONU ÜÇÜNCÜ BEYNƏLXALQ FOLKLOR FESTİVALI təşkilat komitəsinin sədri Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini Nəsir Muxtar oğlu Muxtarlı qeyd edir ki, konsert meydançaları, səhnələr, otel - mehmanxanaların yerləri artıq müəyyən edilmişdir.Gələn qonaqlar bu dəfə Masallını ayrı görkəmdə görəcəklər.




4 sentyabr 2013-cü ildə Masallı rayonunda olarkən  ictimaiyyətin nümayəndələrini salamlayan Azərbaycan Respublikasının Prezidenti cənab  İlham ƏLİYEV də burada gərülən işləri qiymətləndirərək demişdir ki, mədəniyyət mərkəzi hazırdır. Artıq fəaliyyətə başlayır. Çox şadam ki, yüksək səviyyədə təmir olunub. Keçən dəfə burada olarkən göstəriş verilmişdi ki, bina əsaslı şəkildə təmir olunsun və bu gün artıq hazırdır. Bu da hesab edirəm ki, həm Masallının, həm də Azərbaycan mədəniyyətinin inkişafına növbəti bir töhfədir. Əlbəttə ki, bütün infrastruktur layihələri ilə yanaşı, əlbəttə ki, mədəniyyətlə bağlı olan tədbirlər, obyektlər, mədəniyyət sahəsindəki işlər xüsusi məna daşıyır. Çünki mədəniyyət hər şeyin əsasıdır.

Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu artıq bütün dünya bilir. Bakıda, eyni zamanda, bölgələrdə, o cümlədən Masallıda müxtəlif mədəni tədbirlər, müsabiqələr keçirilir. Azərbaycan cəmiyyəti həmişə mədəniyyətə çox bağlı olub və bu gün müstəqil Azərbaycan dövləti çox güclü əsaslar – tarixi, mədəni əsaslar, mənəvi dəyərlər üzərində qurulubdur. Ona görə də mədəniyyət mərkəzlərinin, yenidən qurulması böyük əhəmiyyət daşıyır. Yenə də deyirəm ki, bütün başqa layihələrlə bərabər, bu sahədəki işlər də təqdirəlayiqdir.


Son 10 il ərzində mən Masallıda dəfələrlə olmuşam. Bu, mənim səkkizinci səfərimdir. Demək olar ki, hər il gəlirəm və hər il müxtəlif açılışlarda iştirak edirəm. Sevinirəm ki, açılışların sayı artır və vaxtilə verilmiş qərarlar nəticə verir, gözəl səmərə verir. Masallıda son illər ərzində böyük işlər görülmüşdür. Bu gün də bu işlər davam etdirilir. Xüsusilə, rayonun infrastrukturu ilə bağlı layihələr uğurla icra edilir. Yol tikintisi sürətlə gedir, kənd yolları tikilir. Masallıda 100-dən çox kənd vardır. Çox vacib layihədir. Çünki kənd yolu kənddə yaşayan insanlar üçün əsas məsələdir. Biz, əlbəttə ki, ilk növbədə magistral yolların çəkilişi ilə bağlı qərarlarımızı vermişik. İndi isə kənd yollarının çəkilişinin növbəsi gəlib və Masallıda bu layihələr geniş vüsət almışdır. Yaxın aylarda müasir xəstəxana olacaqdır.


Rayonlar bir-birindən fərqlənir. Elə rayon var ki, orada əhalinin əksəriyyəti rayon mərkəzində, şəhərdə yaşayır. Masallıda isə əksəriyyət kəndlərdə yaşayır. Belə olan halda biz şəhəri su ilə təmin edəcəyik. Bəs kəndlər necə olacaq?! O tövsiyələr nəzərə alınmışdır. Bu layihə gələn ilin sonunda başa çatmalıdır və təmiz içməli su veriləcəkdir. Bu da böyük tarixi nailiyyətdir. Çünki ölkəmizdə su mənbələri məhduddur. Əvvəlki dövrlərdə, sovet dövründə də su həmişə problem idi. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə su kəmərləri çəkilmişdir. O vaxt Azərbaycan əhalisi o qədər də çox deyildi. İndi əhali artır, tələbat da artır. Bir də ki, vaxtilə çəkilmiş xətlər artıq istismar müddətini başa vurur. Belə olan halda yeni layihələrin icrası böyük əhəmiyyət daşıyır. Bu gün ölkəmizin hər yerində içməli su layihələri icra edilir, o cümlədən bu zonada. Bu gün biz Biləsuvarda və Yardımlıda içməli su layihələrinin açılışını qeyd etmişik.

-SAKİN: 

-O gün olsun bizdə də olsun.


-Prezident İlham ƏLİYEV:

-Sizdə gələn il olacaq. Hər rayonda, hər şəhərdə. Bütün şəhərlər 100 faiz, kəndlərin də böyük əksəriyyəti ilkin mərhələdə su ilə təmin ediləcəkdir. Bu layihələrin böyük əhəmiyyəti vardır. Çünki su həyat deməkdir. İnsan susuz yaşaya bilməz. Bizim əksər şəhərlərimizdə kanalizasiya ümumiyyətlə ya yox idi, ya da ki yarımçıq vəziyyətdə idi. İçməli su cədvəllə verilir. Bakının müəyyən yerlərində baxmayaraq ki, biz su xətləri çəkirik, bu gün Bakının bir hissəsi yenə də cədvəllə su alır. Ona görə, böyük proqram icra edilir ki, Bakı, bütün şəhərlər, əksər kəndlər içməli su ilə təmin olunsun. İnsanlar bunun xeyrini görəcəklər - həm bugünkü, həm də gələcək nəsil. Çünki insanların sağlamlığı üçün içməli su əsas məsələdir. Masallıda təbiət gözəldir, hava təmizdir, dağlar, meşələr, ərzaq məhsulları keyfiyyətlidir. Yəni, burada təkcə su məsələsi problem yaradır. Bu da güman edirəm ki, gələn ilin sonuna qədər həllini tapacaq və bütün digər sosial layihələr icra ediləcəkdir. Bilirəm ki, hələ də qəzalı vəziyyətdə məktəblər vardır. Onların sayı çox az da deyildir. Onlar da əsaslı şəkildə təmir edilməlidir. Xəstəxana, içməli su, kənd yolları, elektriklə təchizat, qazlaşdırma sizdə yaxşı gedir. Masallı rayonunun bütün kəndləri qazlaşdırılmalıdır.


Bizim regional proqramımızın təməlində məhz bu prinsip dayanır. Çünki regional proqram dedikdə bəziləri hesab edir ki, rayon mərkəzi elə regiondur. Düzdür, amma kənd də, qəsəbə də vardır. Onlar da regiondur. Əlbəttə ki, rayon mərkəzləri, şəhərlər, ilk növbədə, diqqət mərkəzindədir. Ancaq bütün kəndlərdə də yol, qaz, elektrik, su xətləri çəkilməlidir. Əgər belə getsə, burada yaxın illərdə bir dənə də olsun infrastruktur problemi qalmayacaqdır. Bütün məsələlər öz həllini tapacaqdır.

Əlbəttə, bununla bərabər, iqtisadi sahədə islahatlar davam etdirilməlidir. Kənd təsərrüfatının, turizmin inkişafı üçün Masallının potensialı böyükdür. Burada sənaye müəssisələri, iş yerləri yaradılır. Bu işlərə gələcəkdə daha da böyük təkan veriləcəkdir. Çünki hələ görüləsi işlər çoxdur. Biz hələ sizinlə gələcəkdə çox görüşəcəyik. Çünki növbəti açılışlar vardır. Su layihələri, xəstəxananın istifadəyə verilməsi, digər tədbirlər olacaqdır. Bu tədbirlərdə sizinlə bərabər olacağıq.

Sizi bir daha təbrik edirəm.    


Mən əslən Masallı rayonunundanam.Rayon fəallarının iclaslarına mən də dəvət olunuram. Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU  HÜSEYNOV 

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham ƏLİYEVİN

təyin etdiyi ləyaqətli rəhbər işçilərdən biridir. Masallının tarixində  iki dəfə belə rəhbər olmuşdur ki,rayonda tikinti-abadlıq işlərinə dildə yox, əməldə xidmət etmişdir.Onun da biri məhz ixtisasca jurnalist olan, amma, təsərrüfatı əla bilən Rafil müəllimdir.O,dediyi sözün üstündə MÖHKƏM durur, Masallını və onun kəndlərini, yollarını, qazını...bir rəhbər İŞÇİ kimi gözəl və abad edir.Masallı camaatı xüsüsi xalqdır-

o yaxşı ilə yamanı ayırd edə bilir.Buna görə də Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU  HÜSEYNOV   Masallıların xatirində həmişə qalacaqdır, yaşıyacaqdır, xatırlnacaqdır və yaxşı əməli həmişə misal gətirilir...


 

 

Gözəllik sərgisi deyim bu yerdə,

Çiçəkli ormanlar  Masallıdadır.

Lalələr qızarır şaxta, qarda,

Güllər, gülüstanlar  Masallıdadır.

 

 

 

Deyin bu torpağın harda tayı var?!

Hər cür sovqatı var, hər cür payı var.

Faraş tərəvəzi "buket" çayı var,

Bağçalar, bostanlar  Masallıdadır.

 

 

 

Dağların zirvəsi buluda çatır,

Söyüdlər saçını çiyninə atır.

Burda min kitabın  mövzusu yatır. 

Nağıllar, dastanlar  Masallıdadır.




Azərbaycanın tanınmış şairi, cənublu mərhum yazar Vaqif  HÜSEYNOVUN 

məşhur "MASALLIDADIR" nəğməsinin 30 ildən çox "yaşı" olsa da bilməyən olsa elə bilər ki, təzə yazılıb, bu günlərə aiddir.Onda da Masallı, adətləri gözəl idi, indi də belədir.Sabahı bu günkündən daha gözəl, abad, yaraşıqlı olacaqdır.Masallılar buna inanırlar,bu ovqatdadırlar...


Sizin Reklam Yeriniz