Əlaqə Arxiv
news Image
2014.06.09
20:14
| A A A
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcə olacaq

Sabah Azərbaycanın bəzi ərazilərdə havanın temperaturu 37 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Bakı və Abşeron yarımadasının çimərliklərində suyun temperaturu 22-24 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda günorta saatlarında temperaturun 35 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

Sizin Reklam Yeriniz