news Image
2014.06.09
22:16
| A A A
Azərbaycanda qazdoldurma stansiyaları şəbəkəsi yaradılacaq

2015-ci ilə Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında qazdoldurma stansiyaları yaradılacaq. Bunu Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, qazdoldurma stansiyalarının yaradılması prosesi layihələndirmə mərhələsindədir və stansiyalar 2015-ci ilin sonuna Bakıda olacaq.

ARDNŞ-nin ölkədə qazdoldurma stansiyalarının sayı ilə bağlı planlarına gəlincə, mənbə qeyd edib ki, bu, onların tikintisi üçün torpaqların satın alınmasından asılı olacaq: "Bakıda təqribən 15 qazdoldurma stansiyası olacaq".

Mənbə əlavə edib ki, bu stansiyalarda avtomobillər sıxılmış təbii qazla (CNG) doldurulacaq.

Sıxılmış təbii qaz benzin, dizel yanacağı və propanın əvəzinə mühərrik yanacağı qismində istifadə edilir. O, ənənəvi yancaqdan ucuzdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs