news Image
2014.06.09
21:17
| A A A
Gürcüstanda bələdiyyə seçkiləri üçün bülletenlər Azərbaycan dilində də çap edilir

Bu gün Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 15-də ölkədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki bülletenləri və seçki siyahısının çap edilməsinə başlayıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə MSK-nın mətbuat katibi xanım Eka Azaraşvili deyib.

Onun sözlərinə görə, ölkədə bələdiyyə seçkilərinin keçirilməsi üçün ümumilikdə 9 611 100 bülleten, o cümlədən Azərbaycan və erməni dillərində 748 500 bülleten çap ediləcək.

Seçki bülletenləri 11 tipoqrafiyada çap edilir və bu proses üzərində nəzarəti MSK və yerli müşahidəçilər həyata keçirir.

Gürcüstan qanunvericiliyinə əsasən, çap edilmiş bülletenlər və xüsusi zərflər seçki məntəqələrinə 14 iyun saat 20:00-dək çatdırılmalıdır.

MSK-nın məlumatına görə, Gürcüstanda 3 429 748 seçici qeydiyyata alınıb.

Gürcüstanda bələdiyyə seçkiləri zamanı qarışıq proporsional-majoritar sistemi üzrə 71 sakrebulonun (şəhər və rayon şuraları) 2088 üzvü, 12 şəhərin meri, 62 yerli administrasiya rəhbəri seçilməlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs