news Image
2014.06.10
10:16
| A A A
Bakıda müəllimlərin qiymətləndirilməsinə başlanıb

Bu gündən Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinə başlanıb.  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  Movqe.az-a verilən xəbərə görə, qiymətləndirilmə 4 gün ərzində (10-13 iyun) aparılacaq. 

İlkin olaraq bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt müəllimlərinin biliyi yoxlanılacaq.  İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin bilikləri sınanacaq. İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib. Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30072 nəfər müəllimi iştirak edəcək. Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən 1620 nəfər, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərindən 592 nəfər, BŞTİ-nin tabeliyində olan tam orta məktəblərdən 27007 nəfər, BŞTİ-nin tabeliyində olan xüsusi gündüz ümumtəhsil məktəblərindən 815 nəfər, BŞTİ-nin tabeliyində olan axşam qiyabi məktəblərindən 28 nəfər, BŞTİ-nin tabeliyində olan islah əmək düşərgəsindən 10 nəfər müəllimin sınaq qiymətləndirilməsində bilikləri yoxlanılacaq. Qiymətləndirilmə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilir. Beləliklə, 4 gün ərzində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq.  Sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs