news Image
2014.06.10
18:29
| A A A
Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər qüvvəyə minəcək

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi və "Avropa İttifaqı ölkələrində qanunsuz yaşayan şəxslərin readmissiyası haqqında" sazişlər 2014-cü ilin sentyabrınadək qüvvəyə minəcək. Bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Milli Məclis hər iki sazişi artıq ratifikasiya edib.

Nazir müavininin sözlərinə görə, qeyd edilən sazişlərin tətbiqi ilə bağlı heç bir problem yoxdur.

M.Məmmədquliyev qeyd edib ki, dövlət başçısı həmin sənədləri təsdiq etdikdən sonra Aİ bu barədə məlumatlandırılacaq: "Ola bilsin ki, hər iki saziş sentyabradək qüvvəyə minsin".

Onun sözlərinə görə, bu proses Aİ-dən də asılıdır: "Aİ hazırda transformasiya, o cümlədən Avropa Parlamentinə yeni seçkilər dövrünü yaşayır".

Qeyd edək ki, keçən ilin noyabrında Vilnüsdə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Fevralın 28-də isə Azərbaycan Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalayıb.

Yeni qaydalar qüvvəyə mindikdə vizaların verilməsi haqqında qərar 10 gün ərzində, təcili hallarda isə iki gün və daha az müddətdə qəbul ediləcək. Ərizə Azərbaycan vətəndaşlarına 35 avroya başa gələcək, lazımi sənədlərin siyahısı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün qısaldılacaq.

Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin imzalanması Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında nəzərdə tutulub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs