news Image
2014.06.10
22:15
| A A A
Bakıda daha bir bulvar salınır
Pirallahıda dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub

Bakı Bulvarında çimərlik yaradılacaq. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüsal Babayevin Anspress-ə verdiyi məlumata görə, rayonun perspektiv inkişaf planına əsasən, Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələrdə mövcud olan antisanitar vəziyyət aradan qaldırılıb. Onun sözlərinə görə, hələlik bulvar ərazisində çimərliyin salınması ilə bağlı rəsmi sənəd yoxdur.


"Bu əraziləri abadlaşdırmaq və sakinlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 5 hektar olan park 50 hektara qədər böyüdüləcək. Parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb", - deyə Vüsal Babayev bildirib.


Qeyd edək ki, yeni salınacaq dənizkənarı bulvarda sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaq. Hazırda dənizkənarı bulvar və yeni salınan parkın ərazisinə düşən lüzumsuz və qeyri-qanuni çəpərləmələr və köhnə taxta hasarlar sökülür.


Eyni zamanda, köhnə dəmir yolu stansiyalarının istismara yararsız binalarının sökülərək yerlərinin abadlaşdırılması və yaşıllıqların salınması işləri davam edir.


"Gələcəkdə həmin ərazidə sakinlərin rahat istirahəti üçün çimərlik də salınacaq. Bunun üçün dənizin dibində su təmizlənəcək. Bundan başqa quru ilə əlaqəni yaratmaq üçün körpü salınacaq", - deyə Vüsal Babayev vurğulayıb.


Qeyd edək ki, hələlik bulvar ərazisində çimərliyin salınacaq tarixi dəqiq deyil.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs