Əlaqə Arxiv
news Image
2012.04.07
03:27
| A A A
“Telekanallar efirlərini gic-gic verilişlərlə doldururlar”
“Gəlirlər görsünlər, kim-kiminlə dalaşacaq?”

Milli Məclisin yaz sesiyasınınplenar iclası davam edir. Yol hərəkəti haqqında" qanununa dəyişikliklər müzakirə olunan zaman Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov telekanalları parlamentin işini düzgün işıqlandırmamaqda günahlandırıb. Vitse-spiker televiziya kanallarının Milli Məclisin iclasının yalnız birinci hissəsini çəkməyə gəldiklərini deyib: "Gəlirlər görsünlər, kim-kiminlə dalaşacaq? Onları qalmaqallar maraqlandırır. Efirlərinigic-gic verilişlərlədoldururlar".

Z.Əsgərov yaxşı olardı onlar Milli Məclisdə müzakirə edilən, qəbul olunan qanunların izahatı, təbliği ilə məşğul olsunlar: "Bəzən qanunlarımızın dili ağır olur, onları heç hamı başa düşə bilmir. Televiziyajurnalistləri bu məsələyə fikir versələr, yaxşı olar".

Z.Əsgərov onu da bildirib ki, bu yaxınlarda iki telekanalın rəhbərinə dedim ki, qədər olar, kürəkən qayınatanı öldürdü, filan yerdə avtomobil aşdı kimi xəbərlər vermək olar? Bununla siz xalqa demək istəyirsiniz. Onlar mənə dedilər ki, istəmirsinizsə, başqa yerə baxın. O gündən mən həmin iki telekanalaümumiyyətlə baxmıram".

Sizin Reklam Yeriniz