Əlaqə Arxiv
news Image
2014.06.10
18:54
| A A A
Qızılsatanaların əyar fırıldağı

Bir muddət öncə Maliyyə Nazirliyi saxta qızılla bağlı SOS verdi. Nazirlik xəbər yaydı ki, Azərbaycanın Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən  həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan xeyli miqdarda zərgərlik məmulatları aşkar edilib. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarını almağı tövsiyə etdi.  Bu xəbər qızıl həvəskarlarında, övladlarına toy ücün ticarət obyeklərindən alış-veriş edənlərdə ciddi narahatcılıq yaratdı. Məlum oldu ki, bir ətək xərc çə­kib, qı­zıl alan­lar iki­qat diq­qət­li ol­ma­lı­dır­lar. Əs­lin­də, bu mə­sə­lə­də diq­qət­li ol­maq da çox vaxt işə ya­ra­mır. Çün­ki ala­ca­ğın qı­zıl əş­ya­nı əli­nə gö­tü­rüb, nə qə­dər o tə­rəf bu tə­rə­fi­nə çe­vir­sən də, zər­gə­rin hə­min mə­mu­la­tı ha­zır­la­yan vaxt han­sı kim­yə­vi re­ak­si­ya­la­rı apar­dı­ğı­nı öy­rən­mək qey­ri-müm­kün­dür. Sa­də alı­cı ona 750 əyar­lıq qı­zı­lın ye­ri­nə 500 əyar­lıq qı­zıl satıldığını har­dan bil­sin ki?

Ona gö­rə də bu mə­qam­da ata­la­rın çö­rə­yi ver çö­rək­çi­yə, bi­ri­ni də üs­tə­lik, mə­sə­li ya­da dü­şür. Yə­qin, qı­zıl alan­la­rın ço­xu­nun xə­bə­ri yox­dur ki, öl­kə­də bu sa­hə­də xid­mət gös­tə­rən xü­su­si qu­rum var.  Ma­liy­yə Na­zir­li­yi ya­nın­da Döv­lət Əyar Pa­la­ta­sı­nın qə­bul şö­bə­sin­dən bi­zə bil­dir­di­lər ki, ma­ğa­za­dan qı­zıl alan hər bir alı­cı onun əya­rı­nı də­qiq­lə öy­rən­mək üçün fər­di şə­kil­də bu qu­ru­ma mü­ra­ci­ət edə bi­lər. Bu za­man on­dan yal­nız şəx­siy­yət və­si­qə­si təq­dim et­mək tə­ləb olu­nur. Bu vaxt alı­nan döv­lət rü­su­mu da bir o qə­dər yük­sək de­yil. Bir əş­ya üçün dövlət tərəfindən müəyyənləşdirilmiş rüsümu banka ödədikdən sonra  al­dı­ğı­nız ma­lın də­qiq əya­rı­nı öy­rə­nib, si­zə də­yən həm mə­nə­vi, həm də mad­di zə­rə­ri bər­pa edə bi­lər­si­niz:"Alı­cı məh­su­lu gə­ti­rir, biz onun əya­rı­nı öl­çü­rük və öz is­tə­yi­nə uy­ğun ya əş­ya­nın üzə­ri­nə hə­min əya­rı vru­ruq, ya da yox".

Pa­la­ta­dan bi­zə onu da bil­dir­di­lər ki, ha­zır­da öl­kə da­xi­lin­də əya­rı 375-dən 999-a qə­dər olan qı­zıl əş­ya­lar sa­tı­lır. Rə­qə­m ar­tıqd­ca key­fiy­yət də yük­sə­lir:"Çün­ki bu rə­qəm məh­su­lun tər­ki­bin­də­ki qı­zı­lın miq­da­rı­nı gös­tə­rir. Mə­sə­lən, əgər əş­ya­nın əya­rı 500-ə ba­rə­bər­dir­sə, bu o de­mək­dir ki, onun tər­ki­bi­nin 50 fai­zi qı­zıl­dan, qa­lan ya­rı­sı isə baş­qa me­tal­lar­dan iba­rət­dir. Yox əgər, 583-dirsə, de­mə­li əş­ya­nın tər­ki­bi­nin 58 fai­zi qı­zıl­dır".

Ye­ri gəl­miş­kən, qu­rum­dan bi­zə onu da bil­dir­di­lər ki, so­vet stan­dar­tı sa­yı­lan 583 əyar­lı qı­zıl əş­ya­lar ar­tıq bu­ra­xıl­mır. On­da be­lə çı­xır ki, ma­ğa­za­lar­da bi­zə tək­lif olu­nan bu əyar­lı iş­lən­mə­miş qı­zıl əş­ya­lar sax­ta­dır?

Sua­lın ca­va­bın­da pa­la­ta­dan bil­di­ril­di ki, bu­nu söy­lə­mək üçün əl­lə­rin­də əsas yox­dur:"Ola bil­sin ki, sa­tı­şa çı­xa­rı­lan əş­ya zər­gər tə­rə­fin­dən hə­qi­qə­tən də köh­nə 583 stan­dar­tın­da ha­zır­la­nıb".

Qı­zıl ma­ğa­za­la­rın­da ən çox rast gə­li­nən sax­ta­kar­lıq hal­la­rın­dan bir də alı­ca­la­ra İta­li­ya­da is­teh­sal olun­muş qı­zıl əş­ya­nın ye­ri­nə zər­gər dü­ka­nın­da kus­tar üsul­la ha­zır­la­nın yer­li ma­lın sı­rın­ma­sı­dır. Pa­la­ta­dan bil­dir­di­lər ki, yer­li mal­la xa­ri­ci is­teh­sa­lı ayır­maq üçün xü­su­si pro­se­dur­lar tət­biq olun­mur:"Yal­nız onu de­yə bi­lə­rik ki, sö­zü­ge­dən öl­kə­də is­teh­sal olu­nan bü­tün qı­zıl əş­ya­la­rı­nın üzə­ri­nə "İta­li­ya" sö­zü həkk olu­nur".

Əyar Pa­la­ta­sın­dan onu da qeyd et­di­lər ki, ha­zır­da öl­kə da­xi­lin­də sa­tı­şa çı­xa­rı­lan bü­tün qı­zıl əş­ya­la­rı bu qu­rum­da yox­la­ma­dan ke­çi­ri­lib, üzə­ri­nə əyar vu­rul­ma­lı­dır. Bu ba­rə­də öl­kə baş­çı­sı­nın xü­su­si fər­ma­nı da var. Am­ma qı­zıl­sa­tan­lar rü­sum ödə­mə­mək üçün ək­sər hal­lar­da bu pro­se­dur­dan ya­yı­nır­lar. Nə­ti­cə­də isə ça­naq alı­cı­nın ba­şın­da çat­la­yır...

 

 

Sizin Reklam Yeriniz