Əlaqə Arxiv
news Image
2014.06.11
10:52
| A A A
Bakıda sürət həddini aşan sürücü qəza törətdi

Zərbənin təsirindən "Opel" markalı minik maşını hadisə yerindən bir neçə metr qabağa sıçrayıb

Bakının Nəsimi rayonu ərazisində sürət həddinin aşılması qəza ilə nəticələnib. 28 may küçəsi ilə üzü Azadlıq prospekti istimqamətində hərəkətdə olan "Mercedes" markalı minik maşının qarşıda hərəkət edən "Opel" maraklı digər nəqliyyat vasitəsinin arxasına çırpılıb. 


Zərbənin təsirindən "Opel" maraklı minik maşını hadisə yerindən bir neçə metr qabağa sıçrayıb. Hadisədə hər iki nəqliyyat vasitəsi ziyan dəysə də, avtomobil sahibləri arasında xəsarət faktı qeydə alınmayıb. 


Şahidlərin sözlərinə görə, qəza anında "Opel" işıqforun qırmızı işığında dayanıbmış. "Mercedes" isə gəldiyi sürətlə də "Opel"in arxasına çırpılıb. Qəzanın təfərüatlarını Nəsimi rayon dövlət yol polisi araşdıracaq.


Sizin Reklam Yeriniz