news Image
2014.06.11
10:03
| A A A
Minik maşını motosikletlə toqquşdu: 1 ölü

"VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosiklet toqquşub

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında verilən məlumatına görə, Mingəçevir şəhərində vətəndaş tərəfindən idarə olunan "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


Yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücüsü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Motosikletin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. 


Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub. 


Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs