news Image
2014.06.11
12:58
| A A A
1 400 nəfərdən çox vətəndaş peşə hazırlığına cəlb edilib

İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkilidir.  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu ilin yanvar-may aylarında DMX orqanları tərəfindən Bakıda, eləcə də respublikanın rayon və şəhərlərində bərbər, qaynaqçı, tikişçi, dərzi, kompyuter istifadəçisi, kompüterçi-dizayner, qənnadçı və s. peşələr üzrə 77 peşə hazırlığı kursu təşkil edilib. Kurslardan 72-i ənənəvi, 5-i modul təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb. Kurslara ümumilikdə 1409 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub. Onlardan 608 nəfəri DMX-nin tabeliyində olan və peşə təlimi üçün müvafiq maddi-texniki bazaya malik Bakı Regional Peşə Tədris Mərkəzində və Göyçay Peşə Tədrisi Mərkəzində peşə təlimi keçib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs